Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.87 $▼0.20%
  • WTI neft83.62 $▲0.76%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.791 $▲17.33%
  • Qızıl3 539 $▲0.17%
  • Gümüş41.08 $▼0.68%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin58 839 $▼4.96%
  • Ethereum1 619 $▼7.75%
  • S&P 5006 910▼3.72%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Hadisə

6 nəfəri qanunsuz işlətdi - 24 min cərimələndi

image-1726042915_1690454641puljpg-1732711440
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İnşaatçı-FA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılıb.

Busaat.az xəbər verir ki, bu barədə Ağstafa Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 6 şəxsin rayon ərazisində internet dirəklərinin basdırılması işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 24 min manat məbləğində inzibati cərimələnib.

Eyni zamanda Cəmiyyətin direktoru Fərid Ağayev barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial müdafiəsi Nazirlyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz Regional şöbəsinə göndərilib və F.Ağayev müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=153892