7 ay əvvəl dənizdə itdiyi deyilən skripkaçı sağ olaraq tapıldı

image-u3hwpgzdrqstejkpfnwy9dhvtvpaertdqlgtwzsh_1200backend

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan Qurbanlı tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Busaat.az-a bildirilib ki, itkin kimi axtarışı elan olunan 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

Qeyd edək ki, onun dənizdə boğulması ehtimal edilirdi. Skripkaçı olan Kənanın həmin vaxtdan harada olması barədə hələlik məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki