ABŞ Azərbaycan-Ermənistan danışıqlarına yeni müşavir təyin etdi

image-president-elect-joe-bidenbackend

ABŞ dövlət katibi Entoni Blinken Lui L.Bononu Xarici İşlər Nazirliyinin Qafqaz regionunda danışıqlara, xüsusilə Ermənistan-Azərbaycan danışıqlarına cavabdeh olan baş müşaviri təyin etdiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, ABŞ dövlət katibi Blinken verdiyi yazılı açıqlamada bu ifadələrə yer verib:

“Xarici xidmətin yüksək rütbəli zabiti Lui L.Bononu Qafqaz danışıqları üzrə baş məsləhətçi təyin edirəm. Bu vəzifədə cənab Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini irəlilətmək və Rusiyanın suveren Gürcüstan ərazilərinin davam edən işğalını həll etmək üçün regional liderlərlə işləyəcək”.

Bononun Beynəlxalq Atom Enerjisi Agentliyi və BMT-nin Vyana ofislərində müxtəlif vəzifələrdə çalışdığını və müvəqqəti olaraq Vatikanda müvəqqəti işlər vəkilinin müavini vəzifəsində çalışdığını bildirən Blinken bu təcrübələrin Qafqaz danışıqlarına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90