ABŞ Azərbaycan hərbçilərinin NATO təlimində iştirakını müsbət qiymətləndirdi

image-img_4458backend

ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin “Facebook” hesabında bildirilib.

Qeyd edilib ki, görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.

“Birləşmiş Ştatlar Azərbaycan hərbi qulluqçularının “NATO-Gürcüstan 2025” kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakını yüksək qiymətləndirir və Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki