Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 847 $▲0.55%
  • Ethereum2 265 $▲0.57%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Dünya

Saakaşvilinin yeni imici maraqla qarşılandı - Foto

image-saakashvili
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili xarici görünüşündə dəyişiklik edib.

Busaat.az xəbər verir ki, Saakaşvilinin məhkəmə iclasında çəkilmiş fotosu Gürcüstan mediasında yayılıb.

Fotoda sabiq prezident Ukrayna milli geyiminə bənzər qırmızı naxışlı ağ köynəkdə əks olunub. Bundan əlavə, Saakaşvili saçını Ukrayna kazaklarının saç düzümünə uyğun şəkildə qırxdırıb.

Qeyd edək ki, siyasətçi 2015-2016-cı illərdə Odessa vilayətinin qubernatoru, həmçinin Ukrayna Prezidenti Petro Poroşenkonun müşaviri vəzifələrində çalışıb.

Xatırladaq ki, 58 yaşlı M.Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə getdiyi Tbilisidə saxlanılmışdı.

2025-ci il martın 12-si gürcü siyasətçiyə büdcə mənimsənilməsinə görə 9 il, 17 martda isə sərhədin qanunsuz keçilməsinə görə 4 il 6 ay müddətinə həbs cəzası verilib. Onun ümumi cəza müddəti 12 il 6 ay təşkil edib və bu müddət 2034-cü ilin ortalarında başa çatmalıdır. Həmçinin 2025-ci il noyabrın 6-sı Gürcüstan Baş Prokurorluğu Saakaşviliyə qarşı sabotaj və hakimiyyəti devirməyə çağırış ittihamı üzrə yeni iş açıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=184429