ABŞ BMT-dən Rusiyanın nüvə təhdidlərinə qarşı açıq mesaj verməsini istəyib

image-blinken_2874786backend

“Şuranın hər bir üzvü bu düşüncəsiz nüvə təhdidlərinin dərhal dayandırılmasınının vacibliyinə dair dəqiq mesaj göndərməlidir”.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ-ın Xarici işlər naziri Antoni Blinken Xarici işlər nazirlərinin iştirakı ilə BMT Təhlükəsizlik Şurasında təşkil edilmiş “Ukraynada sülh və təhlükəsizliyin qorunması” adlı toplantıda bildirib.

“Ukraynadakı müharibə sadəcə bu ölkədə və Ukrayna xalqında böyük itkilərə səbəb olmadı, eyni zamanda BMT Təhlükəsizlik Şurasını ərzaq qıtlığı, iqlim dəyişiklikləri daxil olmaqla digər qlobal böhranlardan uzaqlaşdırdı”, – deyə Blinken bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın suverenliyinin təhdid edildiyi halda, ölkəsini və xalqını müdafiə etmək üçün əlində olan bütün imkanları, nüvə silahı da daxil olmaqla istifadə edəcəyini elan edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90