Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 729 $▼0.70%
  • Ethereum2 374 $▼0.99%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Dünya

ABŞ BMT TŞ-ni Şimali Koreyanın peyk buraxmasına cavab verməyə çağırıb

image-raket
Raket

BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı aydın addım atmalı və ölkənin hərbi kəşfiyyat peykini buraxmaq cəhdlərinin qarşısını almalıdır.

Busaat.az “Yonhap”a istinadən xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki səfiri Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının iclasında deyib.

“Biz KXDR-in qanunsuz davranışını birmənalı şəkildə pisləməliyik. Həmçinin onu Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə tam və sədaqətlə əməl etməyə çağırmalıyıq”, – səfir bildirib.

Bundan əlavə, Tomas-Qrinfild Rusiya və Çinin KXDR-in hərəkətlərini pisləməkdən imtina edərək, beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləmək üzrə öhdəliklərinə əməl etmədiyini vurğulayıb.

Xatırladaq ki, mayın 31-də KXDR “Malliqyonq-1” hərbi casus peykini orbitə çıxarmaq üçün ilk cəhdi edib. Bununla belə, reaktiv daşıyıcı aparat hərəkət qabiliyyətini itirərək Sarı dənizə düşüb.

Avqustun 23-də Şimali Koreya yenidən orbitə peyk çıxarmağa cəhd etsə də, bu da uğursuzluğa düçar olub.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul