ABŞ-da “QARALAR”la “AĞLAR”ın seçki savaşı – Araşdırma

ABŞ-da “QARALAR”la “AĞLAR”ın seçki savaşı – Araşdırmabackend

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 2 iyun 2020-ci il

ABŞ-da qaradərili amerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən öldürülməsi  ölkə miqyasında etirazlarla qarşılanıb. Bəzi şəhərlərdə etirazlar kütləvi talana və oğurluğa çevrilib.

Respublikaçılar bu talanlarda radikal sol qruplaşmaları təqsirləndirir, Demokratlar isə «ağ irqçi» təxribatçıların etirazçılara sızdıqlarını iddia edirlər.

ABŞ indi pandemiya böhranının ortasındadır və yüz mindən çox insan həyatını itirib. Eyni zamanda, 30 milyondan çox vətəndaşın da işini itirdiyi ABŞ-da iqtisadiyyat böyük zərbə alıb.

ABŞ 1929-cu ildə baş verən “Böyük Tənəzzül”dən bu yana ən pis vəziyyəti yaşayır. Trilyonlarla dollara başa gələn tədbirlərə baxmayaraq, iqtisadiyyatın qısa müddət ərzində bərpa olunacağı gözlənilmir.

ABŞ-da 5 aydan sonra noyabr ayının ilk həftəsində seçkilər başlayır. Bəs bu «Qara etirazlar» seçkilərə necə təsir göstərəcək?

Bəzi analitiklərin fikrincə, talan və oğurluq halına çevrilən etirazlar ağ seçicilər arasında Trampın dəstəyini artıracaq. Başqa analitiklərin fikrincə isə, etirazlar səs verməyən milyonlarla qaradərili və ağ olmayan immiqrant qrupları aktivləşdirəcək. Bu hərəkət demokratların səsvermə nisbətini artıracaq.

ABŞ-da əhalinin aktivliyi «Ağ Amerika»nın əleyhinə işləyir. Tədqiqatlara görə, ağ amerikalılar 20-25 ildə azlığa düşəcəklər. Tramp 2016-cı il seçkilərində də bu hadisədən siyasi dəlil olaraq istifadə etmişdi.

Əhalinin qeyri-ağdərili amerikalıların əleyhinə olması demokratların işinə yarayır. Çünki ölkədəki «qaralar», «ispanlar» və digər ağ olmayan immiqrant qrupların əksəriyyəti (yəhudi amerikalılar da daxil olmaqla) Demokratlara səs verirlər.

Hal-hazırda «qaralar» ABŞ əhalisinin 15 faizini təşkil edir. Latın Amerikasından gələn ispanların sayı isə, təxminən, 18 faizdir.

Doğum nisbəti ilə müqayisədə ən yüksək artım göstərmiş qrup Asiya mənşəlidir.

Ölkədəki ağ amerikalıların sayı 60 faizdən bir qədər çoxdur. Qara və ispan şəhərlərinin sayı isə «daxili köç» səbəbiylə getdikcə artır. 2045-ci ilə qədər ağ amerikalı əhalinin 50 faizdən aşağı düşəcəyi təxmin edilir.

ABŞ-da seçkilərdə səs verməyən böyük bir kütlə var. Bill Klintonun dövründə Əmək Nazirliyini quran iqtisadçı professorlarından biri olan Robert Reyx bu kütləni «ABŞ-ın ən böyük partiyası» adlandırırdı.

Reyxin yanvar ayında yazdığı məqalə «Amerikanın heç eşitmədiyiniz ən böyük siyasi partiyası» adlanırdı. O vurğulayır ki, seçicisi olmayan amerikalılar səs verərsə, ABŞ-ın siyasi sistemində kəskin dəyişiklik baş verəcək.

2016-cı il seçkilərində yüz milyonlarla insanın səsverməyə getmədiyini qeyd edən Reyxin sözlərinə görə, bu böyük kütlə ağ olmayan amerikalılar, gənclər və aşağı gəlirli qruplarıdır.

Reyx onu da qeyd edib ki, bu kütlə kövrək siyasi sistem, iqtisadi bərabərsizlik və səsverməni çətinləşdirən qanunlardan ən çox təsirlənən qruplardır (Xatırladaq ki, Tramp qətiyyətlə poçtla səsverməyə qarşıdır).

2020-ci ildə 7 milyon qaradərili amerikalı gənc səsvermə hüququna sahib olacaq. Reyx bildirir ki, bu 7 milyon gənc balansları dəyişdirə bilər. Buna görə, Demokratlar seçicilərin iştirakını artırmaq üçün təşviqat aparırlar.

Alabama əyalətində respublikaçı Cef Şessinsin Ədliyyə naziri olması ilə Senatda bir kreslo boşaldı. Demokrat namizədi Daq Cons rəqibi Roy Muru 2017-ci ilin dekabrında yenilənən seçkilərdə cəmi 20 min səs fərqi ilə məğlub etmişdi. 60 faizinin ağdərililər olduğu Alabama əyalətində qaradərililər əhalinin 28 faizini təşkil edir.

Alabamadakı irqçi fikirləriylə tanınan, «Respublikaçıların sarsılmaz qalası» olaraq bilinən Mur əvvəllər səs verməyən qaradərili seçicilərin sonradan səsvermədə aktiv iştirakına görə seçkiləri uduzdu.

Beləliklə, Alabamada yaşayan qaradərili vətəndaşlar keçmişdə baş verən qəddar irqçi siyasətləri unutmadıqlarını göstərmiş oldular.

Demokratlara dəstək verən analitiklərin fikrincə, daha çox qaradərililərin və digər gənc mühacirlərin prezidentliyə namizəd Co Baydenə səs verməsi üçün Bayden öncəliklə vitse-prezident olaraq qaradərili qadın seçməlidir.

2020 seçkiləri Tramp və Respublikaçılar üçün çantada kəklik deyil. Kritik vəziyyətlərdə kiçik səs nisbətləri belə, bütün balansı dəyişə bilər.

Tərcümə Strateq.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90