ABŞ-dan Pekinə kritik SƏFƏR – İCMAL

image-abs-cinbackend

ABŞ dövlət katibi Antoni Blinkenin gələn həftənin əvvəlində Pekinə gözlənilən səfərindən əvvəl Çin mediasında “Vaşinqton Çini cilovlamaq vəsvəsəsindən əl çəkməlidir” mesajı gündəmə gəlib.

Busaat.az xəbər verir ki, ölkəni idarə edən Çin Kommunist Partiyasının nəşr orqanı olan “People’s Daily” qəzetində dərc olunan şərhdə görə, iki ölkə arasında fikir ayrılıqları münasibətlərin irəliləməsinə mane olmamalıdır.

Qəzetin beynəlxalq münasibətlər sahəsində strateji məsələlərə dair şərhində təxəllüs kimi istifadə etdiyi “Conq Şing” imzası ilə dərc olunan anonim məqalədə Vaşinqton administrasiyasının “kor-koranə anti-Çin qərəzindən” əl çəkməli olduğu bildirilib: “Birləşmiş Ştatlar Çini ələ keçirmək vəsvəsəsindən əl çəkməlidir”.

Məqalədə, Prezident Si Tsipinin keçən il İndoneziyanın Bali adasında keçirilən G20 Sammitində ABŞ-li həmkarı Co Bayden ilə görüşü zamanı dilə gətirdiyi tələblər vurğulanaraq, “Vaşinqton yeni bir soyuq müharibə yaratmaqdan çəkinməli və müttəfiqləri ilə Çinə qarşı blok yaratmaq cəhdindən əl çəkməlidir”, – deyə qeyd edilib.

“ABŞ Çinlə əlaqələrini davam etdirmək istəyirsə, Tayvanın müstəqilliyini dəstəkləməlidir. Tayvan məsələsi Çinin ən köklü maraqlarıdır və Çin-ABŞ münasibətlərinin siyasi zəminində ilk qırmızı xəttidir”, – şəklində qiymətləndirmə aparılıb.

Blinkenin səfər cədvəli hələ açıqlanmasa da, ABŞ nazirinin bu həftənin sonunda Pekinə gələcəyi və gələn həftənin əvvəlində çinli həmkarı Çin Qanq  ilə görüşəcəyi gözlənilir.

Blinken son 5 ildə Çinə səfər edən ilk ABŞ dövlət katibi olacaq. Keçmiş nazir Mayk Pompeo sonuncu dəfə 2018-ci ildə Pekinə səfər edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90