ABŞ-dan Türkiyə-İsveç-Finlandiya bəyanatı: Öz aranızda həll edin

image-john-kirbybackend

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İsveç, Finlandiya və Türkiyə arasında danışıqlarda iştirak etmədiklərini və bu üç ölkə arasında fikir ayrılıqlarının həll edilməsi lazım olduğunu bildirib.

Busaat.az xəbər verir ki, gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kirbi, İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəklədiyini, lakin Türkiyə ilə fikir ayrılıqlarının bu üç ölkə arasında həll edilməsi lazım olduğunu müdafiə edib.

Kirbi Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı narahatlıqlarından xəbərdar olduqlarını ifadə edərək bu mövzuda danışıqların davam etdirilməsinin lazım olduğunu vurğulayıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90