
Ərdoğan Qəzzaya ilk humanitar yardımın göndərilməsi ilə bağlı sərəncam verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan humanitar yardımın ilk partiyasının Misir vasitəsilə Qəzza zolağına çatdırılması ilə bağlı sərəncam imzalayıb.
Busaat.az xəbər verir ki, bu barədə A Haber televiziyası məlumat yayıb.
Mənbənin sözlərinə görə, humanitar yük daşıyan təyyarələr artıq Türkiyədən uçub.
Yardımın Misir və Qəzza zolağı arasındakı Rəfah keçid məntəqəsi vasitəsilə çatdırılacağı bildirilir.























