ABŞ əsgərləri Qamışlıda terrorçular üçün silahlı təlimi keçir
Avqustun 15-17-də ABŞ əsgərləri onlarla PKK/YPG terrorçusu ilə birgə Qamışlıda təlim keçirib.
Busaat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Bildirilib ki, təlimdə zenit silahları, ABŞ istehsalı “Bradley” zirehli döyüş maşınları və müxtəlif ağır silahlardan istifadə olunub.
Qeyd edək ki, ABŞ ordusu Həsəkənin Əbdüləziz dağındakı bazalarında və Deyr əz-Zor vilayətindəki əl-Ömər və Koniko neft yataqlarında terror təşkilatı PKK/YPG-yə tez-tez hərbi təlimlər verir.





