ABŞ generalı Rusiya əsirliyində?!

image-media-555-zc0qf2pmlis8gyrwo5txbackend

Rusiya KİV-lərinin məlumatına görə, “Azovstal” metallurgiya zavodunda təslim olanlar arasında ABŞ generalı Erik Olsonla yanaşı, britaniyalı polkovnik-leytenant və NATO-nun dörd hərbi təlimatçısı da var.

Xəbər verildiyi kimi, “Azovstal” poladəritmə zavodunun ərazisi tam təmizlənib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, zavod ərazisində müqavimət göstərən 2400-dən çox ukraynalı hərbçi silahı ataraq təslim olub. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu “Azovstal”dakı əməliyyatın başa çatması və Mariupolun Ukrayna qoşunlarından təmizlənməsi barədə Prezident Vladimir Putinə məruzə edib.

Son olaraq təslim olanlar sırasında “Azov” batalyonunun komandiri Denis Prokopenko və Ukraynanın 36-cı Dəniz Briqadasının komandiri vəzifəsini icra edən Sergey Volınski də var. Denis Prokopenko Ukrayna Milli Qvardiyasının polkovnik-leytenantı, “Azov” alayının komandiridir. 2014-cü ildən Ukraynanın müdafiəsində fəal döyüşürdü. Denis Prokopenko son olaraq yaydığı videoda “Mariupolun müdafiəsinin 86-cı günü. Ali hərbi rəhbərlik qarnizonun hərbi qulluqçularının həyat və sağlamlığının qorunması və şəhərin müdafiəsinin dayandırılması barədə göstəriş verib”, – deyə, bildirib. Sergey Prokopenkonun xüsusi zirehli maşında təcridxanaya aparıblar. Onunla bərabər daha kimlərin olduğu haqda bilgi yoxdur. Rusiya “Azovstal” zavodunun mühasirəsi başlayandan iddia edirdi ki, “Azov” batalyonun arasında xeyli sayda NATO zabitləri də var. Təslim olan Sergey Volınski “Azovstal” zavodunda yüksək rütbəli xarici hərbçilərin və ya kuratorların olmasından xəbərsiz olduğunu söyləyib. Bu barədə RİA Novosti dindirmənin videomateriallarına istinadən xəbər verir. Volınskinin sözlərinə görə, “Azovstal” zavodunda ukraynalı hərbçilər arasında əcnəbilər də olub, lakin onların xarici dövlətlərin yüksək rütbəli hərbçiləri və kuratorları olub-olmadığını bilmir.

Bu arada Rusiya KİV-lərinin məlumatına görə, “Azovstal” metallurgiya zavodundan təslim olanlar arasında ABŞ generalı Erik Olson da var. Ondan əlavə britaniyalı polkovnik-leytenant Con Beyli və NATO-nun dörd hərbi təlimatçısı da təslim olublar. “Azovstal”da təslim olan hərbçilərin ifadəsinə görə, əvvəllər saxlanılan britaniyalı muzdlu Şon Pinner snayper olub. Dəniz piyadasının özü isə əvvəl iddia edib ki, o, ukraynalı yaraqlıları üçün ancaq yemək hazırlayıb.

Pittsburq Universitetinin (ABŞ) beynəlxalq əlaqələr professoru Maykl Brenner də sensasion sayıla biləcək iddia ilə çıxış edib. O, istisna etmir ki, Mariupoldakı “Azovstal”da “Azov” milli batalyonunun yaraqlıları tərəfindən öldürülən, sonra isə cəsədləri yandırılan və ya basdırılanlar arasında bir neçə NATO zabiti olub. Maykl Brenner fikirlərini “Veterans Today” portalının redaktoru Kevin Barrettlə müsahibəsində bölüşüb. Amerikalı professorun fikrincə, “Azovstal”da təkcə əcnəbi muzdlular deyil, həm də “hökumətləri tərəfindən Kiyevə kömək üçün göndərilmiş” bütöv birliklərin olduğunu düşünməyə əsas var.Musavat.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90