Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft106.07 $▼3.56%
  • WTI neft97.33 $▼3.42%
  • Avropa qazı (TTF)95.26 €▼8.35%
  • Təbii qaz (ABŞ)2.907 $▼0.00%
  • Qızıl3 970 $▲1.53%
  • Gümüş51.01 $▲1.85%
  • Pambıq78.04 ¢▼0.19%
  • Buğda606.75 ¢▲0.66%
  • Bitcoin77 476 $▼0.96%
  • Ethereum2 273 $▲0.03%
  • S&P 5007 635▲0.71%
16°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Dünya

ABŞ-ı qorxuya salan ƏN TƏHLÜKƏLİ 5 SİLAH – Amerikalı şərhçi

image-5-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın “19FortyFive” portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb.

Busaat.az  xəbər verir ki, siyahının ilk pilləsində “Poseydon” pilotsuz sualtı qayığı yer alıb. Məqalə müəllifi bildirib ki, bu silah ABŞ-ın istənilən sahilini hədəf ala bilər.

İstvud S-400 Triumf zenit-raket kompleksini Rusiyanın xüsusi güclü silahlarından biri kimi qeyd edib:

“Bu silah nəinki düşmənin pilotsuz təyyarələrini və bəzi dronlarını məhv edə, həm də qanadlı və ballistik raketlərə qarşı da 400 kilometr məsafədə istifadə oluna bilər”.

O, həmçinin Rusiyanın Pantsir S-1 hava hücumundan müdafiə raket sistemini də qiymətləndirib:

““Pantsir S-1 12 yer-hava tipli idarəolunan raketlə yanaşı, iki 30 mm-lik topla silahlandırılıb. Kompleks ballistik və qanadlı raketlərə, eləcə də yüksək dəqiqlikli döyüş sursatlarına mükəmməl cavab verir. Silah öz növbəsində təkmilləşdirilmiş radara, aşkarlama diapazonuna və daha effektiv fırlanan toplara malikdir”.

Amerikalı ekspert “Mi” “gecə ovçusu” hücum helikopterinin modernləşdirilmiş versiyasını təhlükəli silahlar siyahısına daxil edib:

“Helikopter saatda 290 kilometrə qədər sürət yığa bilir, uçuş məsafəsi 450 kilometrdir. Eyni zamanda, helikopter tam silahlanıb. Onun arsenalında 30 millimetrlik top, tank əleyhinə idarə olunan raketlər, adi raketlər var və modernləşdirmədən sonra Mi-28NM hər cür hava şəraitinə uyğundur”.

Müəllif qitələrarası ballistik raketlərin buraxılması üçün nəzərdə tutulmuş “Yars” raket sistemlərini də nəzərdən qaçırmayıb:

“Bu sistemlərin hər biri 150-250 kiloton tutumlu və 10 min kilometrdən çox məsafədə 3-6 ədəd döyüş başlığı daşıya bilir. Kompleksi hərəkət edərkən aşkar etmək çətindir və raketlərin buraxılmasına hazırlıq cəmi yeddi dəqiqə çəkir”.Axar.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=67316