Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 767 $▲0.55%
  • Ethereum2 359 $▲0.91%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

ABŞ ictimaiyyəti Baydenin namizədlik üçün çox qoca olduğunu düşünür - SORĞU

image-co-bayden

Seçicilərin 73 faizi 80 yaşlı prezident Co Baydenin 2024-cü ildə yenidən seçilmək üçün çox qoca olduğunu düşünür.

Busaat.az xəbər verir ki, bu barədə ötən gün Wall Street Journal (WSJ) tərəfindən dərc edilən sorğuda bildirilib.

Respondentlərin 73 faizi keçmiş prezident Donald Tramp və hazırkı prezident Co Baydenin yaşlarının nisbətən yaxın olmasına baxmayaraq, Baydenin yaşı ilə bağlı narahatlıqlarını bölüşüblər. Onun ikinci müddət üçün çox yaşlı olduğunu düşündüklərini söyləyiblər.

Seçicilərin 47 faizi isə ABŞ-ın 77 yaşlı keçmiş prezidenti Donald Trampla bağlı oxşar narahatlığı bölüşüblər.

Respondentlərin 51 faizinin Trampı daha uğurlu hesab etdiyi sorğuda yalnız 40 faiz Bayden haqqında eyni fikirdədir.

“Amerika tarixinin ən yaşlı prezidenti” olaraq qeyd edilən və gələn il keçiriləcək prezident seçkilərinə namizəd olan Bayden yenidən seçiləcəyi təqdirdə 82 yaşında vəzifəyə başlayacaq və səlahiyyət müddəti bitdikdə 86 yaşı olacaq.

Onun ən populyar Respublikaçı rəqibi Trampın iyun ayında 77 yaşı tamam oldu. Bu o deməkdir ki, Tramp seçilərsə, 78 yaşında ikinci dəfə prezident olacaq və onun səlahiyyət müddəti 82 yaşında başa çatacaq.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul