ABŞ-ın Ukraynaya göndərmək üçün kifayət qədər tankı yoxdur

image-leopard-reu-1977528_2backend

Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, Ukrayna ABŞ-ın vəd etdiyi 31 ədəd “M1 Abrams” tankını almaq üçün bir neçə ay gözləməli olacaq, çünki Pentaqonun öz ehtiyatında onları göndərmək üçün kifayət qədər tank yoxdur.

Busaat.az xəbər verir ki, bunu NYP yazır.

Ağ Ev rəsmiləri daha əvvəl xəbərdarlıq etmişdilər ki, Kiyevin prezident Co Baydenin vəd etdiyi tankları alması bir ilə qədər vaxt tələb bilər, çünki onlar Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsünün bir hissəsi olaraq Konqres tərəfindən təsdiqlənən vəsait hesabına alınacaq.

Almaniya kansleri Olaf Şolz, həftələrlə davam edən tərəddüddən sonra Ukraynaya 14 ədəd “Leopard 2” döyüş tankı göndərəcəyini təsdiqləyib. Məhz həmin gün ABŞ-dan sözügedən açıqlama verilib.

Pentaqon daha əvvəl “M1” tanklarını göndərmək istəmədiyini bildirib. Yanvarın 19-da Sinq qeyd edib ki, hazırda ukraynalılara “M1” təqdim etməyin mənası yoxdur. Həmin vaxt o, ABŞ tankı ilə bağlı logistik problemlərə işarə edib, onun qaz turbinli mühərriki “Leopard” və “Challenger”də istifadə olunan dizel mühərrikindən fərqli olaraq reaktiv yanacaq tələb edir.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90