Almaniya bütün nazirliklərin əlavə xərcləmə öhdəliklərini müvəqqəti olaraq dondurub.
Busaat.az xəbər verir ki, Almaniya Konstitusiya Məhkəməsinin borcları azaltmağla bağlı qərarından sonra Almaniya koalisiya hökumətinin büdcə böhranı getdikcə dramatikləşir.
Almaniya Maliyyə Nazirliyinin nazirliklərə göndərdiyi məktubda bütün federal büdcədə gələcək xərc öhdəliklərinin müvəqqəti olaraq dondurulduğu bildirilib.
Xatırladaq ki, oktyabrın 15-də Almaniya Konstitusiya Məhkəməsi Almaniya koalisiya hökumətinin Covid-19 epidemiyası zamanından istifadə olunmamış 60 milyard avroluq krediti iqlim fonduna köçürmək qərarını konstitusiyaya zidd hesab edib.
2021-ci ildə Almaniya hökuməti Covid-19 epidemiyası tədbirləri üçün istifadə olunmamış 60 milyard avroluq krediti İqlim və Çevrə Fonduna (KTF) köçürmək qərarına gəlib.
Qeyd edək ki, maliyyə naziri Kristian Lindner noyabrın 15-də qərar elan edilən zaman İqlim və Çevrə Fondunun büdcəsinin dondurulması barədə göstəriş verib.