Almaniya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizə üçün qanun layihəsi hazırlayıb

image-almaniya1backend

Almaniya hökuməti qeyri-qanuni miqrasiya ilə daha sərt mübarizə aparmaq üçün qanun layihəsi hazırlayıb.

Busaat.az-ın məlumatına görə, bu barədə Almaniya kansleri Olaf Şolz Berlində verdiyi açıqlamada bildirib.

O, ölkəyə gələn qeyri-qanuni mühacirlərin sayının çox olduğuna diqqət çəkib.  “Qanunsuz immiqrasiyanı məhdudlaşdırmaq lazımdır. Bu məsələni son həftələrdə və aylarda aldığımız bir çox qərarla əlaqələndirdik”, – Şolz deyib.

Kansler Almaniyada qalmaq hüququ olmayanların daha sürətli və asan deportasiyası ilə bağlı indiyə qədər heç bir mühüm qərarın alınmadığını bildirib.

Şolz Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı hazırladığı qanun layihəsinin bu ölkəyə göndərilməsinin planlaşdırıldığı məlumatını paylaşıb. Sənəd nazirliklər arasında məsləhətləşmələrdən sonra Bundestaqa göndəriləcək.

Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan qanun layihəsinə görə, sığınacaq müraciətləri rədd edilən və deportasiya qərarı alınan qeyri-qanuni mühacirlərin həbs müddəti Avropa İttifaqı (Aİ) qanunlarına uyğun olaraq 10 gündən 28 günə qaldırılacaq.

İnsan alveri ilə məşğul olanların və cinayətkar təşkilatların üzvlərinin deportasiyası sürətləndiriləcək. Buna uyğun olaraq, insan qaçaqmalçılığına görə ən azı 1 il həbs cəzası alanların və cinayət təşkilatına üzv olmaqda təqsirli bilinənlərin ölkədən çıxarılması daha asan olacaq.

Qeyri-qanuni mühacirlərin kimliklərini müəyyən etmək üçün məskunlaşdıqları yerlərdə axtarışlar aparıla bilər.

Deportasiya qərarı verildikdən sonra saxlanılan şəxslərə nə zaman deportasiya ediləcəyi barədə məlumat verilməyəcək. Tolerantlıq sənədi (Duldung) ilə ölkədə ən azı bir il olan şəxslərin deportasiyadan bir ay əvvəl xəbərdar edilməsini tələb edən tənzimləmə ləğv ediləcək. (12 yaşından kiçik uşaqları olan ailələr istisnadır)

Yataqxanalarda qalan qaçqınlara daha az sosial yardım göstəriləcək.

Almaniya qeyri-qanuni miqrasiya ilə mübarizədə Polşa, Çexiya və Avstriya sərhədlərində nəzarəti artırmaq qərarına gəlib.

Baş nazir Şolz sabah qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üçün ana müxalifətdəki Xristian Demokratik Birlik Partiyasının (CDU) lideri Fridrix Merz, Hessen əyalətinin baş naziri Boris Reyn və Aşağı Saksoniya əyalətinin baş naziri Stefan Veyl ilə görüşəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki