Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 287 $▼0.60%
  • Ethereum2 333 $▼0.93%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Gündəm

ABŞ-nin sanksiyaları bizi milli maraqlarımızdan çəkindirməyəcək - Minsk

image-1200px-ministry_of_foreign_affairs_of_belarus_p03

“Heç bir sanksiya Belarusu öz milli maraqlarından imtina etməyə məcbur etməyəcək”.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyi ABŞ-nin bir sıra Belarus fiziki şəxslərinə və şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib.

“Belarus Respublikası müstəqil xarici siyasət aparan suveren dövlət olub, var və qalacaq. Heç bir sanksiyalar, məhdudiyyətlər və təhdidlər bizi seçdiyimiz kursdan döndərməyəcək və milli maraqlarımıza zidd hərəkət etməyə məcbur etməyəcək”, – qurumun mətbuat xidməti yazır.

Xarici İşlər Nazirliyi qeyd edir ki, ABŞ hakimiyyətinin qərarı Belarus üçün sürpriz olmayıb, çünki özünü dünya taleyinin əsas arbitri kimi aparan bir ölkədən fərqli bir şey gözləmək çətindir.

“Belarusun uğurlu müəssisələrə sanksiya tətbiq edilməsi ABŞ administrasiyasının ikiüzlülüyünün nəticəsidir, onun nümayəndələri Belarus xalqını “dəstəklədiklərini” iddia etmək üçün hər fürsətdən istifadə edirlər”, – Xarici İşlər Nazirliyi vurğulayıb.

Eyni zamanda, sanksiyaların təzyiqi altında işləmək təcrübəsi olan MAZ və BelAZ komandalarının istənilən yeni çağırışların öhdəsindən uğurla gələcəklərinə əminlik ifadə olunub.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi martın 24-də bəyan etdiyi qərara görə, Vaşinqton Belarusun avtomobil istehsalçıları BelAZ və MAZ-a qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Həmçinin ölkənin Mərkəzi Seçki Komissiyasının yeddi üzvü, o cümlədən sədr İqor Karpenko da sanksiyaların hədəfinə çevrilib.

Bundan əlavə, prezident Aleksandr Lukaşenkonun istifadə etdiyi iddia edilən təyyarə ABŞ-nin qara siyahısına salınıb. Ümumilikdə 3 təşkilat və 9 şəxs barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Həmçinin ABŞ hökuməti kimliyi açıqlanmayan daha 14 Belarus vətəndaşına viza qadağası tətbiq edib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul