Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.11 $▲2.69%
  • WTI neft88.60 $▲2.24%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.946 $▲0.48%
  • Qızıl4 134 $▼0.39%
  • Gümüş52.78 $▼0.59%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda602.75 ¢▲0.50%
  • Bitcoin80 289 $▼0.17%
  • Ethereum2 416 $▼0.26%
  • S&P 5007 689▲1.59%
18°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Siyasət

ABŞ Prezidenti: Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk

image-f991ebf8-7810-3c92-9e2c-6d887413ac91_850jpg-1716626773
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı yüksək qiymətləndiririk.

Busaat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda qeyd edib.

C.Bayden Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı da yüksək qiymətləndirdiyini vurğulayıb:

“Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=139339