Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 800 $▼0.34%
  • Ethereum2 379 $▼0.23%
  • S&P 5007 624▼0.52%
15°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Dünya

ABŞ Ukraynanın Krımı vurmasından yanadır - KİV

image-agev47545

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna hərbçilərinin Krım ərazisinə zərbələr endirməsinə icazə verilməli olduğuna, bununla da gələcək danışıqlarda daha əlverişli mövqenin əldə olunmasına meyl edir.

Busaat.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiya işğalı başlayandan administrasiya rəsmiləri Krım yarımadasına zərbələr endirmək üçün Kiyevi silahla təmin etməkdən imtina edərək sərt mövqe nümayiş etdirirlər.

Qəzet yazır ki, indi bu mövqe yumşalmağa başlayıb.

Mənbələrinin bildirdiyinə görə, Bayden administrasiyası Ukrayna rəsmiləri ilə müzakirələrdən sonra belə bir addımın eskalasiya riskini artıracağı halda belə, Kiyevin Krımı vurmaq fikrinə meyl etməyə başlayıb.

“The New York Times” qəzetinin yazdığına görə, bu yaxınlarda Ağ Evdə keçirilən görüşlərdə məsələ qaldırılıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul