Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.04 $▲0.67%
  • WTI neft86.42 $▲0.88%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.317 $▲3.24%
  • Qızıl4 040 $▼2.07%
  • Gümüş51.52 $▼3.24%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 683 $▼2.09%
  • Ethereum2 056 $▼3.57%
  • S&P 5007 524▼0.33%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Hərbi

ABŞ Ukraynaya NASAMS raket sistemlərinin tədarükünə dair 1,2 milyard dollarlıq müqavilə bağladı

image-63399039_605
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Amerika Birləşmiş Ştatları (ABŞ) NASAMS mobil yer-hava raket sistemlərinin alınmasına dair 1,2 milyard dollarlıq müqavilə imzalayıb.

Busaat.az xəbər verir ki, müqavilə Raytheon şirkəti ilə imzalanıb.

“Beşinci Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü paketinin bir hissəsi olaraq, ABŞ Ordusu altı Milli Qabaqcıl Yer-Hava Raket Sistemi batareyalarının, təlim və logistika təchizatlarının tədarükü üçün 1,2 milyard dollarlıq müqavilə imzaladı. Bu müqavilə Ukrayna ordusuna və təhlükəsizlik qüvvələrinə dəstək məqsədilə həyata keçirilir” – deyə, ABŞ rəsmiləri qeyd edib.

Məlumata görə, ABŞ ordusu sənaye tərəfdaşları ilə birlikdə, sözügedən silahların istehsalı və çatdırılması üçün nəzərdə tutulan 24 aylıq istehsal müddətini qısaltmaq üçün çalışacaq.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi briqada generalı Patrik Rayder daha əvvəl bildirib ki, altı NASAMS batareyasının Ukraynaya çatdırılması bir neçə il çəkəcək.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92506