ABŞ Ukraynaya yardımlarını dondurdu: İnanılmaz səbəb

ABŞ Ukraynaya yardımlarını dondurdu: İnanılmaz səbəbbackend
ABŞ rəhbərliyi Ukraynaya hərbi yardımın dayandırılmasını əmr edib.
Busaat.az xəbər verir ki, qərar ABŞ və Ukrayna prezidentləri Donald Trampla Vladimir Zelenskinin telefon danışığından 90 dəqiqə sonra qəbul edilib.
BBC-nin məlumatına görə, İnzibati və büdcə şöbəsinin əməkdaşı Mayk Duffi Pentaqon nümayəndələri ilə əlaqə saxlayıb və administrasiyanın Ukraynaya hərbi yardım da daxil olmaqla digər yardımlara yenidən baxılması planları fonunda vəsait ayrılmasının dondurulmasını əmr edib.
Elektron poçtdan belə görünür ki, bu, prezident Donald Tramp ilə Ukrayna lideri Vladimir Zelenski arasında bu il 25 iyulda baş tutan telefon danışığından təxminən bir saat yarım sonra baş verib.
Lakin inzibati-büdcə rəhbərliyi yardımın dondurulması barədə qərarın iyulun 18-də verildiyini və iki lider arasındakı söhbətlə heç bir əlaqənin olmadığını bildirib.
Xatırladaq ki, bu telefon danışığından sonra Demokratlar Donald Trampa qarşı impiçment prosesinə başlayıb. Söhbət əsnasında Ağ Evin sahibi Zelenskini ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden və oğlu Hunterə qarşı istintaqa başlamağa çağırıb. İddia olunur ki, Tramp tələbi yerinə yetirilməyəcəyi təqdirdə ABŞ-ın Ukraynaya verdiyi hərbi yardımı donduracağı ilə hədələyıb.
Dekabrın 19-da ABŞ Nümayəndələr Palatası Trampın impiçmentinə səs verib. İndi daha bir impiçment proseduru ilə bağlı qərarı respublikaçılar tərəfindən idarə olunan Senat qəbul etməlidir. Bu səbəbdən prezidentin hakimiyyətdən uzaqlaşdırılması prosedurunun qarşısını alma ehtimalı var.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90