Abşeron dairəvi marşrutu üzrə qatarların sürəti niyə aşağıdır? – ADY AÇIQLADI

image-qatatatstjpg-1747894749backend

Son günlər qatarların sürəti mövzusu yenidən gündəmə gətirilib.

Busaat.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev bununla bağlı açıqlama verib.

B.Hacıyev qeyd edib ki, dəmir yollarının sürət normativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 km/saat təşkil edərsə, bu, sürət qatarı, 90 km/saatdan yüksək olduqda isə sürətli sərnişin qatarı hesab olunur.

“İkincisi, Azərbaycan dəmir yollarında istismar olunan, İsveçrənin “Stadler” şirkətinin istehsalı olan qatarların maksimum sürəti 160 km/s-dır. Rayonlararası istiqamətdə qatarlarımızın maksimum sürəti 140 km/s, Abşeron dairəvi dəmir yolu üzrə isə 90 km/s müəyyənləşdirilib.

Abşeron dairəvi üzrə nisbətən az sürət həddinin müəyyənləşdirilməsi təhlükəsizliyə hesablanıb, bu marşrut üzrə xətlərin əhalinin daha sıx məskunlaşdığı yaşayış məntəqələrindən keçməsi, bəzi yerlərdə yaşayış evlərinin dəmir yollarının yaxınlığında yerləşməsi və bu marşrut üzrə stansiyalar arasında məsafənin qısa olması ilə əlaqədardır.

Lakin qatarın hansısa sahədə müəyyən səbəbdən aşağı sürətlə hərəkət etməsi kadrlarını Yaponiya və Çindəki yüksək sürətli qatarlarla müqayisə etmək son dərəcə məlumatsızlığın nəticəsidir”.

ADY-nin sözçüsü bildirib ki, yəni müqayisə olunan sürət yüksək sürətli hesab edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki