“Aeroflot” rəhbərinin müavini istefa verib Rusiyanı tərk etdi

image-panovbackend
image-uzb_ads_desk

Rusiyanın “Aeroflot” aviaşirkətinin baş direktorunun strategiya, xidmət və marketinq üzrə müavini Andrey Panov şirkətdən istefa verib və Rusiyanı tərk edib.

Busaat.az  “İnterfaks”a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

“Rusiyanı tərk etdik. “Aeroflot”dan getdim. Köhnə həyat bitdi”, – A.Panov yazıb.

Qeyd edək ki, bu həftənin əvvəlində “RBC” qəzeti “Aeroflot”un baş direktoru Mixail Poluboyarinovun istefası barədə məlumat yayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki