Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə Ağadadaş Ağayevə təyin edilən cəza şərti hesab edilib. Ona 1 il sınaq müddəti təyin edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəzanın şərti hesab olunmasını istəmişdi.