Müharibə qızışır: ABŞ Livana qarşı savaş ELAN ETDİ

image-baltops-18-air-refuelingbackend

ABŞ Livanda “Hizbullah” qruplaşmasının obyektlərinə qarşı həyata keçirilən hava zərbələrinə qoşula bilər.

Busaat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al-Hadath” telekanalı İsrailin yüksək vəzifəli mənbəsinə istinadən məlumat yayıb.

Məlumatda ABŞ-ın mümkün iştirakının formatı, bunun nə vaxt baş verəcəyi və hansı şərtlərlə həyata keçiriləcəyi barədə əlavə detallar açıqlanmayıb.

Bundan əvvəl Livanın İrana yaxın “Hizbullah” qruplaşması İsrailin şimal bölgələrinə kütləvi raket hücumu həyata keçirib və İsrailə qarşı öz hərbi əməliyyatının başladığını elan edib.

Mediada yayılan məlumatlara görə, İsrail ərazisinə doğru 100-dən çox raket buraxılıb.//KONKRET.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki