Azərbaycanda məişət texnikası bazarında seçim imkanları genişdir. Qiymətlər fərqlidir, təkliflər cəlbedicidir, brendlər isə tanınmışdır. Lakin alıcı üçün ən vacib məsələ təkcə qiymət və marka adı deyil. Əsas məsələ məhsulun rəsmi zəmanətə malik olub-olmamasıdır.
Son dövrlərdə bazarda regionumuz üçün nəzərdə tutulmayan müxtəlif məişət texnikası məhsullarının satışına tez-tez rast gəlinir. Bu məhsullar orijinal ola bilər, lakin Azərbaycan bazarı üçün istehsal edilməyib və rəsmi distribütor xətti ilə idxal olunmayıb. İlk baxışda fərq hiss olunmaya bilər. Lakin müəyyən müddətdən sonra ciddi problemlər üzə çıxa bilər.
Belə məhsullar istehsalçının rəsmi zəmanəti ilə təmin olunmur və rəsmi servis mərkəzləri tərəfindən qəbul edilməyə bilər. Televizorlarda Smart funksiyalarının bloklanması ilə yanaşı, texniki uyğunluq problemləri də yarana bilər. Həmçinin proqram təminatında və yeniləmələrdə çətinliklərin ortaya çıxması, istifadə zamanı isə müxtəlif texniki nasazlıqların baş verməsi istisna edilmir.
Bu risklərin hər biri son nəticədə vətəndaşın vaxt itkisinə, əlavə xərclərə və narazılığına səbəb olur. Halbuki istehlakçı alış zamanı bu risklər barədə əvvəlcədən məlumatlı olmalıdır. Eyni zamanda, müştərilərinin qayğısına qalan və onları belə hallardan qoruyan brendlər də mövcuddur.
Xüsusilə qeyd etmək lazımdır ki, dünyanın aparıcı brendlərindən biri olan LG Electronics müştərilərini bu cür hallardan qorumaq məqsədilə yalnız rəsmi zəmanət talonu olan və regionumuz üçün istehsal edilmiş LG məhsullarının seçilməsini tövsiyə edir.
Rəsmi zəmanət talonu məhsulun regionumuz üçün istehsal edildiyini və rəsmi servis tərəfindən qəbul olunacağını təsdiqləyir.
Əlavə olaraq, hər hansı şübhə yarandıqda məhsulun regionumuza aid olub-olmadığını seriya nömrəsi vasitəsilə dəqiqləşdirmək mümkündür. Bunun üçün LG qaynar xətti fəaliyyət göstərir: (012) 404 73 54. Bir zəng etməklə qaynar xətt əməkdaşları məhsulun seriya nömrəsi əsasında onun rəsmi statusunu sızə bildirəcəklər.
Unutmayaq ki, texnika uzunmüddətli istifadə üçün alınır və bu cür məhsullarda düzgün seçim gələcək illər üçün rahatlıq deməkdir. Buna görə də qərar verərkən yalnız qiymətə deyil, rəsmi zəmanətə və etibarlı təminata üstünlük vermək vacibdir. Sizin məmnuniyyətiniz hər zaman prioritet olmalıdır.








