Məzmuna keç
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 621 $▲0.33%
  • Ethereum2 267 $▲0.73%
  • S&P 5007 580▼1.83%
15°Bakı
  • USD1.6995
  • EUR1.8996▼0.0005
  • 100 RUB2.1109▼0.0002
  • GBP2.2749▼0.0008
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6545▲0.0001
  • 100 KZT0.3742▼0.0001
  • UAH0.0374
  • 100 JPY1.0788▼0.0002
  • CHF2.0618▼0.0008
  • USD1.6995
  • EUR1.8996▼0.0005
  • 100 RUB2.1109▼0.0002
  • GBP2.2749▼0.0008
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6545▲0.0001
  • 100 KZT0.3742▼0.0001
  • UAH0.0374
  • 100 JPY1.0788▼0.0002
  • CHF2.0618▼0.0008
Kriminal

Ağdamda bağça müdiri oğurluğa görə saxlanıldı

image-1710253789_cc88c65fbd4d383e91a203bc1f34137dqad-n-m-dir-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ağdam rayonundakı uşaq bağçalarından birinin müdiri oğurluq etdiyinə görə saxlanılıb.

Busaat.az xəbər verir ki, 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bağça müdiri işləyən Arzu Ağayeva (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məhkəmə işindən aydın olur ki, qadın 2023-cü ilin iyul ayında məzuniyyətdə olduğu üçün Bakı şəhərinə gəlib. Arzu Ağayeva maddi sıxıntıları olduğu üçün xəstə baxıcısı kimi müvəqqəti işləməyə qərar verib. O, Elmira adlı qadınla razılaşaraq, 700 manat qarşılığında evində baxıcı kimi işləyib. Arzu Ağayeva Xətai rayonu, M.Hadi küçəsi, 66 saylı binada Elmiranın evində işlədiyi bir aya yaxın müddətdə 3700 manat dəyərində qızıl-zinət əşyalarını, əmlakı oğurlayıb. Həmçinin ev sahibinin təqaüd kartından 925 manat pulu da çıxarıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cəzaçəkmə müddətində ona Ağdam rayonunun ərazi hüdudlarını, həmçinin yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. (Qaynarinfo)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=137555