Aİ 15,2 milyard avroluq bərpa olunan enerji məhsulları idxal edib

image-avropabackend

Avropa İttifaqı (Aİ) keçən il ümumilikdə 15,2 milyard avro dəyərində külək turbinləri, günəş panelləri və bioyanacaq kimi müxtəlif bərpa olunan enerji məhsulları idxal edib.

Busaat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) 2021-ci il üçün Avropa İttifaqına üzv ölkələrin yaşıl enerji məhsullarının idxalı ilə bağlı məlumatları dərc edib.

Müvafiq olaraq, Aİ keçən il xaricdən 11,2 milyard avro dəyərində günəş panelləri, 3,4 milyard avro maye bioyanacaq və 600 milyon avro külək turbinləri alıb.

Belə ki, Aİ ölkələri ötən il ümumilikdə 15,2 milyard avroluq bərpa olunan enerji məhsulları idxal ediblər.

Bundan əlavə, Aİ sözügedən dövrdə 6,5 milyard avroluq bərpa olunan enerji məhsulları ixrac edib.

Qeyd edək ki, Avropa ölkələri enerji sahəsində xarici asılılığı azaltmaq üçün xüsusilə bərpa olunan enerjiyə investisiyalarını artırmaq istəyirlər.
Rusiya-Ukrayna müharibəsindən sonra enerji böhranı yaşayan Avropada bərpa olunan sərmayələri sürətləndirmək üçün səylər göstərilir.

Aİ ölkələri 2030-cu il üçün bərpa olunan enerji hədəflərini 40 faiz səviyyəsində müəyyənləşdiriblər. Avropa Komissiyası və Avropa Parlamenti isə, bərpa olunan enerji hədəfinin 45 faizə çatdırılmasını istəyir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90