Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft93.59 $▼9.59%
  • WTI neft86.68 $▼9.52%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.934 $▲2.19%
  • Qızıl4 151 $▲4.64%
  • Gümüş53.13 $▲6.36%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda599.75 ¢▲1.10%
  • Bitcoin80 355 $▼0.09%
  • Ethereum2 420 $▼0.08%
  • S&P 5007 689▲1.59%
15°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Dünya

Aİ Belçikanın Rusiya aktivlərindən faydalandığından şübhələnir

image-75
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bəzi Aİ ölkələri Belçikanın dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri öz xeyrinə istifadə edib-etməməsindən və onların Ukraynaya transferini gecikdirməsindən şübhələnir və araşdırmaq niyyətindədir”.

Busaat.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa diplomatik mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, Belçika Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi ilə bağlı qərarı Kiyevin xeyrinə əngəlləməkdə davam edərsə, o zaman Aİ-yə üzv olan digər dövlətlərin nümayəndələri dekabr sammiti ərəfəsində keçiriləcək hazırlıq iclaslarında bu imkanla bağlı məsələni getdikcə daha çox qaldıracaqlar.

Onlar həmçinin Belçika nümayəndələrindən ölkənin digər ölkələr kimi Ukrayna üçün maliyyə mənbəyi kimi öz vergi gəlirlərindən istifadə edib-etməməsi və ya bu yardımın mənbəyinin Rusiya aktivlərindən əldə olunan gəlirlər olub-olmaması ilə bağlı məlumat almaq niyyətindədirlər.

2024-cü ildə G7 ölkələri 45 milyard avroluq kredit xəttini qəbul etdilər və bu kredit xəttinin Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirlər hesabına ödənilməsi planlaşdırılır.

Yeganə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=177301