Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Avropa İttifaqı (Aİ) Rusiyaya pilotsuz təyyarələrin çatdırılması və İslam Respublikasındakı etirazlarla əlaqədar İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Busaat.az xəbər verir ki, buni ittifaqın xarici işlər üzrə ali nümayəndəsi Josep Borrel deyib.
“Aİ gənc qadınları və dinc etirazçıları dəstəkləmək üçün bütün mümkün tədbirləri görəcək” – deyə, blokun xarici siyasət rəhbəri bildirib.
“İyirmi nəfər və bir hüquqi şəxs “insan hüquqlarının pozulması”na görə cəzalandırılıb. Rusiyaya pilotsuz vasitələrin çatdırılması ilə bağlı daha dörd nəfər və eyni sayda hüquqi şəxs “qara siyahı”ya salınıb. Sanksiyalar arasında aktivlərin dondurulması və Aİ-yə giriş qadağası var” – deyə, sanksiyaların nələrdən ibarət olduğu açıqlanıb.





