Aİ ölkələri Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı razılığa gəldi
Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı sanksiya siyahısına 200-ə yaxın fiziki şəxsin, qurumun və 3 Rusiya bankının əlavə edilməsi, ikili istifadə məhsullarına ixrac qadağası və mədənçilik qadağasını ehtiva edən 9-cu sanksiya paketi ilə bağlı razılığa gəliblər.
Busaat.az xəbər verir ki, Bu barədə Aİ-yə müvəqqəti sədrlik edən Çexiya səlahiyyətliləri məlumat yayıb.
“Səfirlər Aİ-nin Ukraynaya dəstəyi çərçivəsində Rusiyaya qarşı hazırlanan sanksiya paketi ilə bağlı prinsipial razılığa gəliblər” – deyə, bildirilib.
Yeni sanksiyalar paketinin məzmunu ilə bağlı məlumat hələlik paylaşılmayıb.
Qeyd edək ki, keçən həftə AB Komissiyası tərəfindən hazırlanan 9-cu sanksiya paketi təklifində 200-ə yaxın şəxsin, qurumun və 3 Rusiya bankının sanksiya siyahısına əlavə edilməsi, ikili istifadə məhsullarının ixracına qadağa qoyulması və mədən sərmayələrinin qadağan edilməsi daxildir.





