Məzmuna keç
  • Brent neft104.58 $▼4.92%
  • WTI neft96.49 $▼4.26%
  • Avropa qazı (TTF)95.03 €▼8.58%
  • Təbii qaz (ABŞ)2.906 $▼0.03%
  • Qızıl3 979 $▲1.76%
  • Gümüş51.00 $▲1.82%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda605.75 ¢▲0.50%
  • Bitcoin77 368 $▼1.10%
  • Ethereum2 267 $▼0.20%
  • S&P 5007 621▲0.53%
15°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Gündəm

“Ailədaxili psixoloji təzyiq Azərbaycan ailələrinin əksəriyyətində var”-PSİXOLOQ

image-img-20210223-wa0029
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bütün intiharların psixoloji tərəfləri olur. Digər tərəfdən, intiharlar bir az da psixoloji sindromlarla bağlıdır. Çünki bu sindromlar-intihar xəbərlərinin həddən artıq ictimailəşməsi insanlarda intihar istəklərinin reallaşmasına meyli xeyli dərəcədə artırır. Çünki dalbadal intihar xəbərlərinin ictimailəşməsi, onsuz da boşluqda olan insanlara intiharı seçim olaraq önə çıxarır”.

Bu sözləri Busaat.az-a açıqlamasında psixoloq Taryel Faziloğlu deyib.

Onun sözlərinə görə, Sevil Atakişiyeva və ardıcıl intiharların arxasında, bir az da intihar xəbərlərinin həddən artıq tirajlanamsı dayanır: “Sevilin intiharının da bu intiharların sayının artması fonunda baş verməsi buna işarədir. Onsuz da, onun həyatında müəyyən təzyiqlər, ailədaxili psixoloji sıxıntılar var idi. Niyə məhz başqa zaman deyil, bu periodda, yəni, intihar dalğasının yüksəldiyi bir məqamda intihar etdi? Çünki intiharda bu kimi xəbərlərin tirajlanması da rol oynadı”.

image-img-20210223-wa0030

Ekspert hesab edir ki, intihara səbəb olan ailədaxili psixoloji təzyiq və basqı bu gün orta statistik Azərbaycan ailələrinin əksəriyyətində var: “Ona görə də intihar edən şəxsin psixoloji ruh halına baxmaqla yanaşı, ailənin də psixoloji ab-havasına baxmaq lazmdır. Çünki ailə üzvləri psixoloji travmalıdırsa, o ailədə böyüyən uşaqlara da bu travma əks olunacaq və psixoloji sindromlar da öz işini görməklə, gələcəyi olan gənclərin həyatla vidalaşmasına səbəb olacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=37412