Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.29 $▲0.23%
  • WTI neft86.52 $▲0.15%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.293 $▼0.18%
  • Qızıl4 062 $▲0.47%
  • Gümüş52.69 $▲1.63%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda594.25 ¢▲0.13%
  • Bitcoin73 703 $▲0.01%
  • Ethereum2 064 $▲0.66%
  • S&P 5007 521▼0.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Hadisə

Ailəni izləyəndən sonra oğurluğa girdilər - Fotolar

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şəki polisinə şəhər ərazisində yerləşən fərdi yaşayış evindən xeyli məbləğdə pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Busaat.az-a  verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar olaraq həmin ünvana baxış keçirilib, zərərçəkmişə məxsus evdən 8 min ABŞ dolları, 8 min manat pul və 6 min manat dəyərində qızıl- zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Şəki şəhər sakini- Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət Mustafayev saxlanılıb.

Saxlanılan şəxslərin ətrafında aparılan araşdırma zamanı məlum olub ki, E. Rəsulov, A.Abdulhəmidov və S.Mustafayev qabaqcadan əlbir olub, həmin evə oğurluğa girməyi planlaşdırıblar. Onlar ev sahibini və ailə üzvlərini izləyərək, heç kimin olmadığı müddətdə ora daxil olublar. Pul və qızıl-zinət əşyalarını oğurladıqdan sonra isə öz aralarında bölüblər.

Oğurlanmış qızıl və pul onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı  cinayət işi başlanılıb, hər üçü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=18068