Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.54 $▼0.97%
  • WTI neft85.46 $▼0.25%
  • Avropa qazı (TTF)83.97 €▲1.99%
  • Təbii qaz (ABŞ)3.245 $▲1.00%
  • Qızıl4 052 $▼1.77%
  • Gümüş51.96 $▼2.42%
  • Pambıq78.30 ¢▼0.58%
  • Buğda586.25 ¢▼0.42%
  • Bitcoin74 507 $▼1.00%
  • Ethereum2 082 $▼2.35%
  • S&P 5007 538▼0.14%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Ali Məhkəmə məhkəmələrdə monitorinq aparacaq

image-1702450497_ali_mehkeme
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ali Məhkəmə inzibati məhkəmələrdə monitorinq aparacaq.

Busaat.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Qərar qəbul edilib. Həmin qərar inzibati mübahisələrə baxılması zamanı məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı məhkəmə təcrübəsində qarşıya çıxan problemləri aradan qaldırmaq, bu sahədə hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədinə yönəlib.

Ali Məhkəmə həm də sözügedən Plenum qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair qərar qəbul edib.

Monitorinq müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlı qanunvericilikdə təsbit edilmiş normaların məhkəmələr tərəfindən Plenum qərarında verilmiş izahlar nəzərə alınmaqla tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

Monitorinq ölkəmizin bütün inzibati məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə, 2024-cü il yanvarın 1-dən 2025-ci il 1 yanvar tarixinədək olan dövr ərzində 1 il müddətində aparılacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130528