Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 520 $▼0.68%
  • Ethereum2 345 $▼1.66%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Dünya

Alman siyasətçi Kiyevi tükənmiş uran mərmiləri ilə təmin etməyin əleyhinə çıxış edib

image-almaniya
Almaniya

Ukraynadakı vəziyyət getdikcə daha çox mərmi çatdırılmasını deyil, kompromis həllini tələb edir.

Busaat.az xəbər verir ki, bu barədə Almaniya Sol Partiyasının nümayəndəsi Sahra Vaqenknext bildirib.

“Ukraynanı tükənmiş uran sursatları ilə təmin etmək əvəzinə, nəhayət, kompromis sülh danışıqlarına başlamalıyıq”,- o, özünün X (keçmiş Twitter) səhifəsində yazıb.

Çərşənbə günü Pentaqon Kiyev üçün daha 175 milyon dollarlıq hərbi yardım paketini təsdiqlədiyini, ilk dəfə olaraq Abrams tankları üçün tükənmiş uran mərmilərinin daxil olduğunu bildirdi. Ağ Evin mətbuat katibi Karine Jean-Pierre brifinqdə bildirib ki, yeni yardım paketinə artilleriya sursatları, tank əleyhinə sistemlər və hava hücumundan müdafiə sistemləri daxildir. Onun sözlərinə görə, “Abrams” tankları tezliklə Ukraynaya çatacaq.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul