Almaniya Namibiyada soyqırım törətdiyini ETİRAF ETDİ

image-haykobackend

Almaniya müstəmləkə işğalı dövründə Namibiyada soyqırım törətdiyini qəbul edib və bu ölkədəki layihələrə yardım üçün 1 milyard avrodan çox maliyyə dəstəyi verəcəyinə söz verib.

Busaat.az xəbər verir ki, Almaniyanın müstəmləkəçilik dövründə 1904-1908-ci illər arasında on minlərlə yerli Herero və Nama xalqının qətliamı tarixçilər tərəfindən “20-ci əsrin ilk soyqırımı” olaraq qəbul edilib.

Bu vəziyyət Almaniya ilə Namibiya arasındakı münasibətlərdə illərdir ən böyük problem olaraq ortaya çıxırdı. Almaniya rəhbərliyi bu ölkədə soyqırımı törətdiklərini etiraf etsələr də, təzminat ödəməkdən imtina edirdilər.

Almaniya Xarici İşlər naziri Hayko Maas açıqlamasında bildirib ki, baş verən hadisələrə bugünkü nöqteyi-nəzərdən baxdıqda soyqırım kimi görürük.

H.Maas Namibiya rəhbərliyi ilə 1884-1915-ci illər arasında Berlinin nəzarəti altında olan ərazilərdə baş verən hadisələrlə əlaqədar beş illik danışıqlardan sonra əldə olunan razılıqdan məmnun olduqlarını ifadə edib.

Tarixi və mənəvi məsuliyyət anlayışı ilə Almaniyanın Namibiyadan və öldürülənlərin yaxınlarından üzr istədiyini söyləyən Maas 1,1 milyard avroluq maliyyə yardımı ilə ölkənin inkişafına və yenidən qurulmasına dəstək olacaqlarını qeyd edib.

Maas əlavə edib ki, bu yardım təzminat üçün mümkün hüquqi yolu açmayacaq. Almaniya hökumətindən olan mənbələr bu yardımın 30 il müddətinə gerçəkləşəcəyini bildirblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90