Almaniyada yaşayan Türklər 1500 azərbaycanlı ailəyə yardım paketi göndərib

image-turkluerbackend

Almaniyada yaşayan Türklər tərəfindən Türk-İslam Diyanət İşləri Birliyi (DİTİB) vasitəsi ilə ehtiyacı olan 1500 ailəyə göndərilən yardım paketlərinin paylanmasına başlanılıb.

Busaat.az xəbər verir ki, yardım paketi Azərbaycanda ehtiyacı olan 1500 ailəni əhatə edir. Tədbirə Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Bakı səfirliyinin Dini Xidmətlər üzrə müşaviri Zeki Yavuzyılmaz, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan  və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.

Səfir Bağcı mətbuata verdiyi açıqlamada kömək göndərənlərə və fürsəti yaradanlara təşəkkür edib.

Səfir Türk fondları və dərnəklərinin dünyanın hər yerində yaşayan insanların ağrılarını paylaşdığını ifadə edib.

“Yalnız Ramazanda deyil, zəlzələ olar əlləri orada olacaq, müharibə olar əllər orada olacaq, yanğın olsa əlləri orada olacaq. Vicdanları və ürəkləri orada olacaq. Bu inancımızın bir tələbidir. Türkiyədəki bütün yardım təşkilatları bu gün dünyanın ən böyük humanitar yardım təşkilatlarıdır. Qürur duyuruq”, – deyə səfir əlavə edib.

Zeki Yavuzyılmaz, bütün dünyada yaşayan türklərin ürəklərinin “iki dövlət, bir millət” olma əlaməti olaraq Azərbaycan və Qarabağla döyündüyünü söyləyib.

Almanya'daki Türklerden Azerbaycan'da ihtiyaç sahibi ailelere gıda yardımıAlmanya'daki Türklerden Azerbaycan'da ihtiyaç sahibi ailelere gıda yardımıAlmanya'daki Türklerden Azerbaycan'da ihtiyaç sahibi ailelere gıda yardımıAlmanya'daki Türklerden Azerbaycan'da ihtiyaç sahibi ailelere gıda yardımı

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90