Alyaska yaxınlığında gərginlik: ABŞ qırıcıları ilə Rusiya bombardman təyyarəsi üz-üzə gəlib
Rusiya bombardman təyyarəsi Amerika və Kanadanın suveren hava məkanına daxil olmasa da, Alyaskanın Hava Hücumundan Müdafiə Təsnifat Zonası (ADIZ) daxilində olduğu üçün ABŞ qırıcıları tərəfindən izlənilib və hər hansı təxribatın yaşanmadan qarşısı alınıb.
Busaat.az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb:
“Rusiyaya məxsus Tu-95 Bear-H bombardman təyyarəsinin ADIZ-a daxil olduğu müəyyən edilib. Rusiyanın fəaliyyəti təhdid və ya təxribat xarakterli olmayıb. NORAD ADİZ-a daxil olan xarici hərbi təyyarəni izləyib. NORAD müntəzəm olaraq xarici təyyarələrin hərəkətlərini izləyir və lazım gəldikdə onları ADİZ-dan müşayiət edir” –deyə, bəyanatda bildirilib.
Qeyd edək ki, hadisə ABŞ və Rusiya arasındakı münasibətlərin soyuq müharibədən bəri ən pis vaxtına təsadüf edir. Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı iki ölkə arasındakı gərginlik yüksək olaraq qalır.
Busaat.az





