Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.59 $▲3.21%
  • WTI neft89.45 $▲3.22%
  • Avropa qazı (TTF)88.74 €▲4.36%
  • Təbii qaz (ABŞ)2.936 $▲0.14%
  • Qızıl4 144 $▼0.14%
  • Gümüş52.85 $▼0.46%
  • Pambıq78.77 ¢▲0.88%
  • Buğda604.00 ¢▲0.71%
  • Bitcoin80 069 $▼0.45%
  • Ethereum2 413 $▼0.39%
  • S&P 5007 689▲1.59%
16°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
İqtisadiyyat

“Amrahbank” koronavirusla mübarizəyə vəsait ayırdı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Amrahbank” Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımı edib.

Busaat.az xəbər verir ki, bank virusla mübarizə məqsədilə fondun hesabına 200 min manat məbləğində ianə köçürülməsinə qərar verib.

“Bir sıra iri holdinq və şirkətlər kimi “Amrahbank” da qeyd  edilən məbləği Fondun hesabına köçürməyi həm də korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq özünə borc bilib”- deyə bankın məlumatında deyilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6344