ANAMA çobanın kasetli bombadan öldüyünü təsdiqlədi – Foto

image-mycollages_-_2022-02-02t175715-125backend

ANAMA Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun məhz kasetli bombanın partlaması nəticəsində öldüyünü təsdiqləyib.

ANAMA-dan “Qafqazinfo”ya daxil olan məlumatda deyilir:

“ANAMA tərəfindən ərazidə aparılan araşdırma və yoxlamalar zamanı aşkar olunan partlayıcı qurğuların kaset tipli sursat kateqoriyasına aid olduğu müəyyən edilib. 2008-ci ildə Osloda imzalanan konvensiyanın şərtlərinə görə kasetli sursatların istehsalı, istifadəsi, daşınması və toplanması “Kasetli Sursatlara dair Beynəlxalq Konvensiya” ilə qadağan olunur.

44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən bu növ sursatlar həm döyüş bölgələrində, həm də Azərbaycanın şəhərlərində yaşayan dinc əhaliyə qarşı dəfələrlə istifadə edilib. Konvensiya ilə qadağan olunmuş silahların istifadəsi Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasını və dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha təsdiq edir.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA əməkdaşları tərəfindən icra edilən təmizləmə əməliyyatları zamanı bu tip çoxlu sayda partlayıcılar aşkar edilərək zərərsizləşdirilib”.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki