Xəbər verdiyimiz kimi, Azərbaycan yazıçılarının XIII qurultayı keçirilib.
Busaat.az xəbər verir ki, qurultayda 84 yaşlı Xalq yazıçısı Anar Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.
Qurultayda 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib.
Qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur olub.
Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.
Qeyd edək ki, Anar bu vəzifəni 1991-ci ildən icra edir.