Tofiq İslamov vəzifəsindən azad edildi

image-img_3140backend

“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin icraçı direktoru Tofiq İslamov vəzifəsindən azad olunub.

Busaat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Salmanov Rafiq Bakir oğlu gətirilib.

Qeyd edək ki, Tofiq İslamov 2024-cü ilin sentyabr ayından Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti İcraçı direktorun vəzifələrini icra edirdi. O, bir sıra şirkətlərin rəhbəri vəzifəsində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki