Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft93.33 $▲2.23%
  • WTI neft86.97 $▲1.99%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.248 $▼0.61%
  • Qızıl3 970 $▼0.27%
  • Gümüş51.43 $▲0.00%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda599.50 ¢▼0.33%
  • Bitcoin73 582 $▼0.47%
  • Ethereum2 050 $▼0.20%
  • S&P 5007 619▲1.29%
11°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Cəmiyyət

Vasif Talıbovun həyata keçməyən arzusu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə həmin müəssisə üçün tikildiyi iddia edilən yeni bina uzun müddətdir yarımçıq vəziyyətdədir.

Vasif Talıbovun vəzifədən getməsindən sonra inşa işləri dayandırılıb.

Hazırda binanın hansı məqsədlə istifadə olunacağı bəlli deyil. Tikintinin nə üçün yarımçıq saxlanıldığı, layihənin taleyinin necə olacağı ilə bağlı məqamlar da suallar doğurur.

Digər tərəfdən binanın yerləşdiyi ərazidə yeni tikilinin inşasına ehtiyac olmaması da suallar yaradır. Bildirilir ki, Ali Məclisin binası olduğu, iclasların isə mütəmadi keçirilməməsinə rəğmən, belə bir binanın hansı zərurətdən inşa olunması müzakirə mövzusudur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Ali Məclis həmin binanın tikintisi ilə əlaqədar sifarişçi qismində çıxış etməyib:

“Eyni zamanda, qeyd olunan binanın tikintisinin dayandırılma səbəbləri, hazırkı vəziyyəti və gələcək təyinatı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində hər hansı məlumat mövcud deyil”.//Oxu.Az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=188679