Ankarada kritik görüş: Ərdoğan İsveç Baş naziri ilə görüşəcək

image-erdoganbackend

Prezident Ərdoğan bu gün Ankarada İsveçin Baş naziri Ulf Kristersson ilə görüşəcək. Danışıqlar zamanı Türkiyə-İsveç münasibətlərinin bütün aspektləri ilə nəzərdən keçiriləcəyi və İsveçin NATO-ya üzvlük məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Busaat.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və İsveçin Baş naziri Ulf Kristersson arasındakı görüş Prezident İmarətgahında baş tutacaq.

Prezident Ərdoğanın dəvəti ilə Türkiyəyə gələn Kristersson rəsmi mərasimlə qarşılanacaq, heyətlər arasında təkbətək görüşdən sonra iki lider birgə mətbuat konfransı keçirəcək. Ərdoğan Kristerssonun şərəfinə rəsmi şam yeməyi verəcək.

Rabitə Rəyasət Heyətindən verilən açıqlamaya görə, rəsmi görüşlərdə Türkiyə-İsveç münasibətləri bütün aspektlərlə nəzərdən keçiriləcək.

Həmçinin NATO Madrid Zirvə Toplantısı çərçivəsində strateji tərəfdaş İsveçlə imzalanmış Üçtərəfli Memorandum əsasında İsveçin NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, qlobal və regional problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, bu yaxınlarda İsveç radiosuna danışan İsveçin Xarici İşlər naziri Tobias Billstrom yeni hökumətin terror təşkilatı YPG-dən uzaqlaşacağını açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90