Ankarada Lavrov və Çavuşoğlu arasında danışıqlar başlayıb
Ankaradakı Prezident sarayında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında danışıqlar başlayıb.
Busaat.az xəbər bu barədə TASS-a istinadən xəbər verir.
Danışıqlar zamanı Lavrovun Türkiyə tərəfi ilə enerji məsələləri, Ukrayna münaqişəsi, taxıl sazişinin icrası, Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması Ankara ilə Dəməşq arasında dialoqu ətraflı müzakirə edəcəyi gözlənilir.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, turizm mövsümü öncəsi Lavrov və Çavuşoğlu Rusiya vətəndaşlarının Türkiyədəki təhlükəsizliyi məsələlərinə də diqqət yetirəcəklər.
Busaat.az





