Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft93.59 $▼9.59%
  • WTI neft86.68 $▼9.52%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.934 $▲2.19%
  • Qızıl4 151 $▲4.64%
  • Gümüş53.13 $▲6.36%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda599.75 ¢▲1.10%
  • Bitcoin80 355 $▼0.09%
  • Ethereum2 420 $▼0.08%
  • S&P 5007 689▲1.59%
15°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Dünya

AP: ABŞ Ermənistandakı səfirini geri çağırır

image-vxytduuje5cnlp0qkdkabcypn1dqeiztql7xqrlu_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Prezidenti Donald Trampın administrasiyası, Ermənistandakı səfir Kristina Kvin də daxil olmaqla, dünyanın təxminən 30 ölkəsindən səfirləri və yüksək rütbəli diplomatları geri çağırmaq qərarına gəlib.

Busaat.az-ın “Associated Press” agentliyinə istinadən məlumatına görə, ötən həftə 29 ölkənin diplomatına səlahiyyət müddətlərinin 2026-cı ilin yanvarında başa çatacağı barədə xəbərdarlıq edilib.

Həmin diplomatların hamısı Co Baydenin prezidentliyi dövründə təyin ediliblər. Agentliyin mənbəsi bildirib ki, Trampın bu addımı diplomatik korpusda onun “Öncə Amerika” şüarı ilə tanınan siyasi prioritetlərini tam dəstəkləyən şəxslərin yer almasına yönəlib.

Bununla yanaşı, AP-nin mənbələri dəqiqləşdiriblər ki, diplomatlar Vaşinqtona qayıtdıqdan sonra istəyəcəkləri təqdirdə, digər diplomatik vəzifələrdə çalışa biləcəklər. Dövlət Departamenti bu dəyişiklikləri şərh etməkdən boyun qaçıraraq vurğulayıb ki, bu hər bir administrasiya üçün adi prosedir, çünki səfir prezidentin şəxsi nümayəndəsidir.

Diplomatik dəyişikliklərin ən böyük qismi Afrikada – Burundi, Kamerun, Kabo Verde, Qabon, Kot-d’İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqanda kimi ölkələrdə gözlənilir. Asiyada dəyişikliklər Fici, Laos, Marşal adaları, Papua-Yeni Qvineyanı, Filippini və Vyetnamı əhatə edəcək.

Həmçinin Avropa ölkələrində – Ermənistan, Makedoniya, Monteneqro və Slovakiyada, Yaxın Şərqdə – Əlcəzair və Misirdə, eləcə də Nepal, Şri-Lanka, Qvatemala və Surinamda dəyişikliklər baş verəcək.

ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin 16 fevral 2023-cü ildə İrəvana təyin edilib və Amerikanın Ermənistandakı onuncu səfiri olub. Bundan əvvəl o, 2020-2022-ci illər ərzində ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178072