ABŞ ordusu tutum, qabiliyyət və hərbi vəziyyətlərə hazırlıqda əvvəlki ilə nisbətən zəifləyib.
Busaat.az xəbər verir ki, bu barədə Respublikaçılara yaxınlığı ilə tanınan, Vaşinqtonda yerləşən Miras Fondu “2023-cü il ABŞ Ordusunun Güc İndeksi” adlı illik hesabatını açıqlayıb.
Hesabatda ABŞ üçün təhlükə yaradan dövlət və qeyri-dövlət subyektlərinin vəziyyətləri ümumiləşdirilərkən, ABŞ-ın hava, quru, dəniz, kosmos və nüvə gücü ilə bağlı hərtərəfli qiymətləndirmələr aparılıb.
Xüsusilə də Çinin ABŞ-ın milli maraqlarına qarşı son dərəcə radikal bir mövqe aldığı iddia edilən hesabatda, Rusiyanın Ukrayna müharibəsi zamanı sənayesinin təsirlənmədiyi bildirilib. Əksinə, müharibənin Rusiyanın itirdiyi köhnə avadanlığını yeni texnologiyalarla dəyişdirməsinə imkan verəcəyi proqnozlaşdırılıb.
“Nəticə olaraq müharibə əslində Rusiyanın qitədəki ABŞ maraqlarına yönəlmiş addımlarını artırmağa xidmət edə bilər. ABŞ ordusu hazırda ölkənin milli maraqlarını müdafiə etmək üçün tələbləri yerinə yetirə bilməməsi riskiylə qarşı-qarşıyadır. Donanmada 400 gəmi var. ABŞ donanmasındakı gəmi sayının 2030-cu ilin ortalarında 280-ə qədər geriliyəcəyi gözlənilir. ABŞ Hərbi Hava Qüvvələri hazırda iki böyük regional döyüş aparmaq üçün tələb olunan potensialının 86 faizini təmin edə bilir. 650 pilot çatışmazlığı var, donanmalardakı təyyarələrin ortalama yaşı 32-dir və pilotlar həftədə yalnız bir dəfə uça bilirlər” –deyə, hesabatda qeyd olunub.
Qeyd edək ki, Amerika ordusunun nüvə qüdrəti hələ də güclü olaraq qiymətləndirilib. Ancaq Ağ Ev administrasiyasının etinasız addımlara yol verəcəyi təqdirdə bu reytinqin “marjinal” və ya “zəif” nöqtəyə düşə biləcəyi vurğulanıb.
Busaat.az