Arif Quliyev, Rəmiş, Yaqub Zurufçu… –Gələn dəfə də mənim sorağımı eşidəcəksiniz…” Arif Quliyev, Rəmiş, Yaqub Zurufçu… – “Gələn dəfə də mənim sorağımı eşidəcəksiniz…”

image-florabackend

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu ötən gün  “Qurd qapısı” qəbiristanlığında dəfn edildi.

Mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılan sənətçinin dəfn mərasimində sənət dostlarından az adamın iştirak etməsi müzakirələrə səbəb oldu. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Flora Kərimova dəfnin harada olacağını bilmədiyi üçün mərasimə qatılmadığını deyib:

“Mən bağda idim, Yaqub bəyin vəfat etdiyini gec eşitdim. Sonra mətbuatda gedən yazılardan gördüm ki, dəfn mərasimi olacaq, amma harada olacağını yazmamışdılar. Yoxsa mən sürünə-sürünə gedərdim. Mənim Yaqub Zurufçuya hörmətim böyükdür. O, ilk dəfə Azadlıq meydanında “Ayrılıq”ı oxuyanda, mən də orada idim, bir mahnı ilə insanları birləşdirdi. Bir mahnı ilə hamımızın ürəyində məskən saldı. Ola bilərdimi ki, mən Yaqub Zurufçunun dəfnində olmayam? Məkanı kimdən öyrənəcəyimi bilmədim, ailəsindən kiminsə əlaqə nömrəsi məndə yox idi. İki nəfərə zəng elədim, onlar da dedilər ki, ünvanı bilmirik. Mən onun ruhundan üzr istəyirəm. Yaqub Zurufçu uşaqtəbiətli insan idi, xoş avazlı idi, hər zaman ürək açan sözlər, komplimentlər deyirdi. Onun danışıq tərzinə görə belə adam istəyirdi öpüb, qucaqlayıb, “çox sağ ol” desin.

Sonradan öyrəndim ki, Rəmişlə, Arif Quliyevin yanında dəfn edilib. Bir-bir adları sayırıq, sənətkarlarımızı itiririk. Dayanmışıq növbəyə, gələn dəfə də mənim sorağımı eşidəcəksiniz…”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki